Arxiv
15 Oktyabr 2009, 14:19 | ÖLKƏ
Azərbaycandakı ovçular arasında nazirlər, deputatlar da var

Azərbaycanda 2009-ci ilin yay ov mövsümü iyunun birinci ongünlüyündən baçlayıb. O vaxtdan respublika ərazisindəki ovçuluq təsərrüfatlarının qapıları ovçuların üzünə açılıb. Rəsmi məlumatlara görə, ölkəmizdə ovçuluq təsərrüfatlarının ümumi ərazisi 716 min hektardan çoxdur. Azərbaycanda nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan və çöl quşlarının qorunub saxlanılması üçün 40-dan çox dövlət qoruğu, milli park və yasaqlıq var.

 

Ovçuluq təsərrüfatlarının qapalı saxlanıldığı dövr

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti hər il fevralın 28-dən ölkə ərazisində ov mövsümünü bağlayır. Mart, aprel və may ayları ovuna icazə verilmiş heyvanlarn cütləşməsi, bala dünyaya gətirməsi dövrü olduğundan göstərilən müddətdə bütün ovçuluq təsərrüfatları qapalı saxlanılır.

Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfovun sözlərinə görə, son iki ildə ovçular sırasına 2 mindən çox yeni üzv qəbul olunub. Hazırda Azərbaycanda 20 minədək adam ovçuluqla məşğul olmaq icazəsinə malikdir.

Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədri deyir ki, dörd ildən çoxdur Azərbaycanda quş ovuna qadağa qoyulduğundan ovçuluq təsərrüfatlarında ov mövsümü aktiv keçmir. Son dörd ildə ov mövsümü yalnız məməli heyvanlar üçün açılıb, bağlanılır. Yəni ancaq qaban, dələ, dovşan, qunduz, dağ keçisi (təkə), yenat, çaqqal və bəzi növ balıqların ovuna icazə verilir. Həmin heyvanların isə sayına müvafiq olaraq məhdud ov limiti müəyyənləşdirilir. 2004-cü ilədək Azərbaycnda ayı ovu da mümkün imiş, amma hazırda ona güllə atmaq qadağandır. Bu, son illər ayıların sayının azalması ilə bağlıdır.

Ölkəmizdə ovçuluqla məşğul olmaq istəyən vətəndaş Respublika Ovçular və Balıqçılar Cəmiyyətinə ərizə ilə müraciət etməli və ovçu huququnu təsdiq edən sənəd almalıdır. Ovçuluq hüququna yiyələndikdən sonra o, qanunla yaşadığı ərazinin polis şöbəsinə müraciət edib ov silahından istifadə ilə bağlı xüsusi icazə kağızı almalıdır. Həmin sənəd əsasında isə ovçuluq mağazalarından ov silahı almaq mümkündür.

Beşatılan daha populyardır 

Azərbaycana ovçuluq sursatları xaricdən gətirilir. Paytaxtdakı xüsusi mağazalarda müxtəlif adda və çeşiddə Rusiya, İtaliya, Türkiyə və digər xarici ölkələrin istehsalı olan ov silahları satılır. Bu ticarət obyektlərində xüsusi geyimlər, barıt, güllə, tüfənglər, tilovlar, xəncərlər, bıçaqlar, bir sözlə ovçuluq üçün tələb olunan hər cür odlu və soyuq silah növləri tapmaq olar.

Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin yerləşdiyi binada da bir neçə ovçular mağazası yerləşir. Mağazalarda olduğumuz müddətdə ov silahlarının qiymətilə maraqlandıq. Məlum oldu ki, onlar heç də ucuz deyil. Burada qiyməti 500 manatdan 2500 manatədək olan müxtəlif markalı odlu silahlar satılır. Məsələn, Rusiya istehsalı olan son markalı qoşalülə tüfənglər 800 manata, təklülə tüfənglər isə bir az da baha satılır. Eynilə «Kalaşnikov» avtomatına oxşar «Sayqa» markalı ov silahının qiyməti isə 1500 ABŞ dollarıdır. İtaliya və və Türkiyə istehalı olan beşatılanlar 1000 ABŞ dollarına satılır. Olduğumuz mağazaların piştaxtalarında işlənmiş ov tüfəngləri də qoyulmuşdu.

Satıcıların sözlərinə görə, ovçuların ən çox almaq istədikləri odlu ov silahı Rusiya istehsalı olan son markalı beşatılandır. Təəssüf ki, mağazalarda həmin silahı görə bilmədik. Bunun səbəbini həmin tüfəngin ölkəyə gətirilməsinə maneçilik törədilməsilə izah etdilər. Müxtəlif çeşidli xəncər və bıçaqların qiyməti 10 manat 200 manatadəkdir. Balıqtutmaq üçün tilovların 10 manatdan 50 manatadək qiyməti var.

Satıcılar dedilər ki, ov tapançalarının ölkəyə gətirilməsi və satışı Daxili İşlər Nazirliyi tərəfindən qadağan olunub. 

Ovçuluğun yazılmamış qanunları

Azərbaycanda ovçuluq edənlərin bəziləri bu işə dolanışıq yeri, bir qrupu məşğuliyyət növü, elələri də var ki, hobbi kimi baxır.

Onu qeyd edək ki, ovçuların öz qayda-qanunları var. Uzun illərdir ovçuluqla məşğul olan Sabir Səlimov bu məşğuliyyəti özünün şakəri hesab edir: «Cavan vaxtlarımda yaralanmış ovun başını kəsəndə ətim ürpəşirdi. Quşların civiltisinə dözə bilmirdim. Amma zaman keçdikcə ovçuluq həyatına öyrəşdim. Ceyran təbiət gözəlidir, ona güllə atmaq günahdır. Mən görməmişəm, ancaq ovçu yoldaşlarımdan yaralı ceyranının ağlamağının şahidi olanlar var. Ovçu qanunlarına görə, əsil ovçu ovu qadağan edilən heyvanlara güllə atmamalıdır. Ancaq indi hər yerindən duran ovçuluqla məşğul olduğundan qaydalar da bir qədər arxa plana keçib. Ovçunun ov öncəsi spirtli içki qəbul etməsi, ov yerinə çatmamış silahı açması, doldurması qəti qadağandır. Təbiətin, ətraf mühitin mühafiəzəçisi olan ovçuların yazılı qanunlarından biri də ov normasına əməl olunmasıdır».

Ovçu Sabirin sözlərinə görə, bütün peşələr kimi, ovçuluğun da yazılmamış qaydaları var. Məsələn, bəzən ov zamanı ovçulardan birinin bəxti gətirmir. Həmin ovçu evə əliboş dönməsin deyə, yoldaşları onun xurcununa mütləq ovlanmış ördəkdən, dovşandan qoymalıdır. Ovçuluğun yazılmamış digər qanunu ov bölgüsüdür: «Ovçuların bir-birini tanıyıb-tanımamısından asılı olmayaraq, birinin vurub yaraladığı heyvanı digər ovçu mütləq öldürməlidir. Suya düşən yaralı ördək qamışlıqların arasında gizlənməyə can atır. Ova daha yaxın məsafədə olan ovçu mütləq onu vurmalıdır. Bu halda birinci ovçu «onu mən vurmuşam» deyə haqqını tələb etsə də, ikincisi də «mən vurmasaydım, qaçıb aradan çıxacaqdı» iddiasında bulunur. Burada dava-dalaşın, çığır-bağırın heç bir faydası yoxdur. Məsələni yoluna qyomağın yalnız bir yolu var. Birinci ovçu ikinciyə bir patron, yəni, atdığı güllənin əvəzini qaytarmaqla quşu ondan alır».

Ovçu Sabirin sözlərinə görə, hər ovun öz atma xüsusiyyəti var. Yaşılbaş ördək saatda 80-90 km, qaşqaldaqsa 50-60 km sürətlə uçur: «Hər quş öz uçuş sürətinə görə vurulmalıdır. Güllə düz hədəfə yox, quşun uçuş sürəti nəzərə alınmaqla yarım metr qabağa atılır». Müsahibimiz qaban ovunun çətinliyindən çöz açır. Deyir, qaban ovu ən təhlükəli ovlardan sayılır və hər ovçuyla bu ova getmək düzgün deyil. Qaban ovuna adətən 6-7 nəfər və 2-3 itlə getmək lazımdır. İt qaban ovunda ovçunun birinci köməkçisidir. Qaban ovunda ovçunun sərrastlığı, hissiyyatı həlledici amillərdəndir. Yaralanmış qabanda qisasçılıq hissi güclü olduğundan hər dəqiqənin öz hökmü var: «Qaban ovlamaq heç də həmişə hamıya müyəssər olmur. Bəzən bu heyvanlar ya üzə çıxmır, ya da açılan atəş boşa çıxır. Elə vaxt da olur ki, qaban ovlamaq həvəsilə ovçuluq təsərrüfatına gələn ovçu sonradan bu fikrindən daşınır. Çünki qaçan qabanı birinci atəşdəcə öldürmək lazımdır, əks halda yaralanan vəhşi heyvan geri qayıdıb öz qisasını almağa çalışacaq. Bütün bunları göz önünə alan həvəskar ovçular dovşan, balıq və digər xırda hevan ovlamağı üstün tuturlar».

Ovçu alqışları və qarğışları Ovçuların qayda-qanunları kimi, alqış və qarğışları da var. «Ovun uğurlu olsun» sözləri ov üstündə olan adam üçün ən böyük alqış, eyni zamanda ovçu salamlaşmasıdır. «Güllən boşa çıxsın», «Ovun yaralı getsin», «Səni görüm güllən açılmasın» sözləri isə sınaqdan keçirilmiş ən təsirli qarğışlardandır. Müsahibimiz bildirir ki, ova çıxanda kiminlə rastlaşacağın da önəmlidir. Yəni ovçu elə bədayaq adamla rastlaşa bilər ki, həmin gün onun ovu alınmasın.

 

Tanınmışlar arasında ovçular az deyil

Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfovun sözlərinə görə, ovçuluq hüququ olan hər bir şəxsin ov günlərində (şənbə və bazar) ovçuluq təsərrüfatlarına girmək ixtiyarı var. Həmin təsərrüfatlarda ovçuların gecələməsi, istirahəti, balıqçılıqla məşğul olması üçün lazımi şərait yaradılıb. Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin üzvləri sırasında adi vətəndaşlarla yanaşı, ictimai-siyasi, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində tanınmış şəxslər də az deyil. Məsələn çoxları biliir ki, yazıçı, millət vəkili Vaqif Səmədoğlu, tanınmış müğənni Teymur Mustafayev ov həvəskarlarıdır. Amma ovçuluğun həvəskarı olan məmurlar, deputatlar, digər müğənni və aktyorların adlarını dəqiqləşdirmək çətin oldu. Çünki Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin rəhbərliyi «ov azarı»na tutulmuş tanınmışların adlarını açıqlamaq istəmir. Bununla belə, digər mənbələr vasitəsilə tanınmış ovçulardan bəzilrinin adını qəqiqləşdirə bildik. Öyrəndik ki, deputatlar Nizami İsgəndərov, Rövşən Rzayev, Əkrəm Abdullayev, Aydın Abbasov, Fuad Muradov tez-tez bir yedə ova çıxır. Q

eyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, daha yüksək çinli məmurlardan da tez-tez ova çıxanlar olur. Deyilənə görə, məsələn, nazirlərdən kimsə ovçuluq təsərrüfatına ova gedirsə, həmin gün ərazi mümkün qədər sıravi ovçulardan qapalı saxlanılır ki, onlara maneçilik törədilməsin.

Brokonyerlik halları da mövcuddur 

Ovçuluq təsərrüfatlarına ciddi nəzarət olunmasına baxmayaraq brokonyerlik hallarının qarşısı tam alınmayıb. Bu səbəbdən də ovu qadağan edilmiş vəhşi heyvanların ovlanmasına görə cərimənin məbləği bir neçə dəfə artırılaraq, minimum əməkhaqqının 3000 mislinə çatdırılıb. Azərbaycan təbiətinin nadir fauna növlərindən olan ceyranın ovlanmasına görə isə təkcə cərimə ilə can qurtarmaq mümkün deyil, həm də Cinayət Məcəlləsinin 258-ci maddəsilə dəmir barmaqlıqlar arasına düşmək olar.  

Adəm

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapıldı 24 Oktyabr 2019, 00:44 Bakıda 60 yaşlı kişi kafedə döyülüb 24 Oktyabr 2019, 00:18 Qazaxda ağır qəza: ata və qızı yaralandı 24 Oktyabr 2019, 00:02 Mətbuat konfransına silahlı basqın edildi - VİDEO 23 Oktyabr 2019, 23:46 Yeni XİN rəhbəri təyin olundu 23 Oktyabr 2019, 23:30 NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın 23 Oktyabr 2019, 23:14 Azərbaycan-CAR münasibətləri müzakirə edilib 23 Oktyabr 2019, 22:59 Prezident Qarabağ qazisinə ev verdi 23 Oktyabr 2019, 22:47 Gürcü nazir azərbaycanlı gənclərlə görüşüb 23 Oktyabr 2019, 22:31 Rusiya bu ölkələrə 4 milyard dollarlıq silah satıb 23 Oktyabr 2019, 22:14 BMT Baş Assambleyasının prezidenti Bakıda 23 Oktyabr 2019, 21:59 “Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov 23 Oktyabr 2019, 21:46 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 23 Oktyabr 2019, 21:32 “Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO 23 Oktyabr 2019, 21:26 Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB 23 Oktyabr 2019, 21:14 Elmar Məmmədyarov İraqla əməkdaşlığı müzakirə etdi 23 Oktyabr 2019, 20:59 “Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi 23 Oktyabr 2019, 20:45 Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi 23 Oktyabr 2019, 20:29 Ölkə başçısı Ramiz Mehdiyevi qəbul etdi: “Yaşınız 80-ni keçib.., biz gərək gəncləri irəli çəkək” - YENİLƏNİB 23 Oktyabr 2019, 20:20 “Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır 23 Oktyabr 2019, 20:01 Bakı-Şamaxı yolunda "Mersedes" aşdı: xəsarət alanlar var 23 Oktyabr 2019, 19:59 İsmayıllıdakı qəzada xəsarət alan gənclərdən biri vəfat edib 23 Oktyabr 2019, 19:54 "Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib" 23 Oktyabr 2019, 19:42 İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib 23 Oktyabr 2019, 19:36 Azərbaycan XİN: “Fələstin xalqının yanındayıq” 23 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov BƏƏ-nin Dövlət nazirinə medal verdi 23 Oktyabr 2019, 19:18 Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi 23 Oktyabr 2019, 19:06 Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü 23 Oktyabr 2019, 18:49 Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi 23 Oktyabr 2019, 18:32 Məmmədyarov Əfqanıstanın milli təhlükəsizlik müşaviri ilə görüşdü 23 Oktyabr 2019, 18:28 Məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur 23 Oktyabr 2019, 18:17 İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib 23 Oktyabr 2019, 17:55 Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi 23 Oktyabr 2019, 17:51 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb 23 Oktyabr 2019, 17:43 İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42