Modern.az

“Ağ ölüm”ə yaşıl işıq: milyarder Soros marixuananın leqallaşmasını təkilf edir

“Ağ ölüm”ə yaşıl işıq: milyarder Soros marixuananın leqallaşmasını təkilf edir

27 Oktyabr 2010, 18:19

Amerikalı milyarder Corc Soros narkotikanın leqallaşdırılması təklifi ilə çıxış edib. Xeyriyyəçi Kaliforniyada marixuananın leqallaşdrılması üçün keçiriləcək peferenduma hazırlıq və onun baş tutması üçün 1 milyon dollar ayırıb. Bu pul narkotiklərin leqallaşması tərəfdarlarının yaratdıqları fonda daxil olan ən böyük məbləğ olub.

Soros xeyli vaxtdır marixuana çəkilməsinin qadağan edilməsinə qarşı çıxır. Milyarder hesab edir ki, nəzarət altına bu məsələni tənzimləmək olar və ABŞ-ın büdcəsi isə bundan tutlan vergilərə gərə milyardlar qazana bilər. Sorosun qənaətincə, narkotikə icazə verilməsi cinayətkarlığın azalmasına, zorakılıq və narkotikləırin qeyri-qanuni dövriyyəsindəki korrupsiya probleminin həllinə səbəb ola bilər.   

Kaliforniyada marixuananın leqallaşdırımasına həsr olunmuş referendum gələn həftə keçiriləcək. Qanun layihəsinə görə, 21 yaşına çatmış hər kəs bir unsiyadan çox olmamaq şərti ilə narkotika saxlaya bilər. Artıq bir neçə ildir ki, əsasını ştatın qubernatoru  Arnold Şvarsneggerin qoyduğu bu müzakirə davam edir. Referendumun nəticələri barədə indidən heç nə demək olmaz. Sosioloji sorğular göstərib ki, əhalinin 44-49 faizi narkotikanın leqallaşmasının əleyhinədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər