Modern.az

İki şəhər İŞİD silahlılarından azad edilib

İki şəhər İŞİD silahlılarından azad edilib

21 Oktyabr 2015, 01:13

İraq ordusu və könüllülərdən ibarət silahlı dəstələr ölkənin şimalındakı Bayci şəhərinin mərkəzini İŞİD terrorçularından azad edib. Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu “Sputnik” agentliyinə könüllü dəstələrin nümayəndəsi Kərim ən Nuri bildirib.

Onun sözlərinə görə, döyüşçülər ərazini terrorçulardan azad edərək, partlayıcı qurğulardan təmizləyib. Bundan əvvəl ordu qüvvələri şəhərin bir neçə rayonunu terrorçulardan azad edib, həmçinin neftayırma zavodunun ərazisini nəzarətə alıblar. Ər-Rəmadi şəhərində də ordu uğurlu irəliləyişə nail olub. Belə ki, şəhərin şimalında üç rayon terrorçulardan azad edilib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir