ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti müzakirələr üçün ABŞ-a gediblər.
Modern.az saytı xəbər verir ki, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz twitter səhifəsində bildirib.O yazıb ki, həmsədrlər ATƏT-in Daimi Şurası və Minsk Qrupu qarşısında hesabat verib.
“İndi isə biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr aparmaq üçün Nyu-York və Vaşinqtona gedirik",-deyə o qeyd edib.
Modern.az