Modern.az

Moskvada soyğunçuluq edən 4 azərbaycanlıya hökm oxunub

Moskvada soyğunçuluq edən 4 azərbaycanlıya hökm oxunub

Təhsil

30 Dekabr 2015, 09:49



Moskva məhkəməsi ərzaq mağazasına basqın edən 4 Azərbaycan vətəndaşının uzun müddətli azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, 2015-ci il yanvarın 6-da cinayətkarlar Kosino-Uxtomski rayonunun Rudnevka küçəsindəki ərzaq mağazasına basqın ediblər.

  Mağazanın işçisini tapançaya bənzəyən iki alətlə hədələyən azərbaycanlılar kassirdən 30 min rubl aldıqdan sonra xidməti ərazidə içərisində 3,5 milyon rubl olan  seyfi, çoxsaylı zərgərlik məmulatlarını da ələ keçiriblər.  

Operativ əməliyyat axtarış tədbirləri zamanı 3 ay sonra onlar saxlanılıblar. Məhkəmə onların hər birini 8 ildən 9 ilədək azadlıqdan məhrum edib.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?