Modern.az

Belarus İsraildəki səfirliyini bağladı

Belarus İsraildəki səfirliyini bağladı

Təhsil

7 Yanvar 2016, 15:40


Belarus İsraildəki səfirliyin bağlamaq qərarı verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi bu addımı İsrailin Minskdəki səfirliyini bağlamasına cavab olaraq atdığını bildirib.  

“Diplomatik praktika belədir ki, səfirliklərin bağlanmasına analoji cavab verilir.

Belə səhv addım 2003-cü ildə də israilli tərəfdaşlarımız tərəfindən atılmışdı, amma 1 ildən sonra qərarlarını dəyişmişdilər”.

İsrail rəsmiləri isə Minskdəki səfirliyin bağlanmasını iqtisadi qənaət proqramı ilə əlaqələndiriblər.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?