Modern.az

Yol polisi sürücünü harda istəsə, saxlaya bilərmi?

Yol polisi sürücünü harda istəsə, saxlaya bilərmi?

Ölkə

27 Noyabr 2010, 16:09

Bakı şəhərində bəzi sürücülər deyirlər ki, yol polisləri onların gözünün odunu alıb. Yəni harda yol polisi görürlər, həyacan onları basır, fikirləşirlər ki, bu dəqiqə ala-bula ağac yuxarı qalxacaq, meqafonla “sağa ver, saxla!” sözləri eşidiləcək.

Bizim yollarda asayişi qoruyan bəzi poqon sahibləri də maşallah olsun, çox fərasətlidirlər, qəflətən elə yerdə peyda olurlar ki, gözünün odu alınmış sürücünün sükan arxasında az qala ürək-göbəyi ayağının altına düşə…   

Bəzi sürücülər deyirlər ki, yol polisi onları harda gəldi sxlayır. Bəs qanun nə deyir, yol polisi avtomibil sürücüsünü harda gəldi saxlaya bilərmi?

Modern.az-ın əməkdaşı çoxsaylı sürücüləri narahat edən bu sualla DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimayətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib.

K.Əliyev saytımıza bildirib ki, əgər yol hərəkəti qaydaları pozurlursa, yol polisi əməkdaşı istədiyi yerdə istədiyi sürücünü saxlıya bilər. Ancaq sürücü qaydaları pozmursa, onu yalnız stasionar postlarda, yoxlama məkəzlərində saxlaya bilərlər.

Mail Ağaxanov
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır