Modern.az

Azay Quliyev: ..."Ümummilli lider haqqında” Qanun qəbul olunmalıdır...”

Azay Quliyev: ..."Ümummilli lider haqqında” Qanun qəbul olunmalıdır...”

27 Noyabr 2010, 18:29

Bir sıra dövlətlərdə onun banisi, yaradıcısı haqqında qanunlar qəbul edilib. Bunun bariz nümunəsi qardaş Türkiyədir.

Bəs, Azərbaycanda necə, belə bir sənəd qəbul edilə bilərmi?

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəvlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Modern.az saytına bildirib ki, ümummilli lider o şəxsə deyilir ki, o, dövlətinin qurulmasında, yaşamasında və dünya miqyasına çıxarılmasında  əvəzolunmaz xidmət göstərir:

“Ümummilli lider müstəqil dövlət quruculuğunda müstəsna xidmətə malik olmalıdır. Azərbaycanda bu məsələdə son əsrlər ciddi boşluq yaranmışdı. Demək olar bir neçə əsr idi ki, xalqın yaddaşında məhz bu parametrlərə tam uyğun olan  lider və ya   öndər olmamışdı. Düzdü, 20-ci əsrin əvvəllərində Azərbacan Demokratik Cümhuriyyətini quranlar tarixə böyük şəxsiyyətlər kimi düşüb. Onlardan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaçov, Fətəli xan Xoyski və digərlərinin adını fəxrlə çəkmək olar. Ancaq ötən əsrin əvvəllərində müstəqil dövlətimizi qoruya bilmədik və o cəmi 23 ay yaşaya bildi.
Şükürlər olsun ki, 20-ci əsrdə müstəqilliyini bərpa etdiyimiz dövlət xarici və daxili təhdidlərə, bir sözlə bütün çətinliklərə baxmayaraq formalaşdı, quruldu və bu gün də böyük bir şövqlə güclənməkdə davam edir. Bunun isə bir müəllifi var, o da ulu öndər Heydər Əliyevdir”.

Deputat hesab edir ki, belə bir qanun bu mənada qanunvericilikdəki boşluğu doldurmaq, həm də gələcək nəsillərə örnək olaraq kimə müraciət etmək baxımından çox zəruridir: “Onsuz da belə bir qanun qəbul edilmədən də dünya azərbaycanlıları Heydər Əliyevi ümummilli lider kimi qəbul edir və ona hər zaman ehtiram göstərirlər. Ancaq bu barədə bir qanun qəbul edilsə, bu, həm də konkret status olar”.

A.Quliyev bildirib ki, Azərbaycanda “Eks-prezidentlər haqqında” Qanunun qəbul edilməsi məsələsi tez-tez gündəmə gətirilir: “Heydər Əliyev digərlərindən fərqli olaraq dövlət  qurub, onun oturuşmasında müstəsna rol oynayıb. Ona görə də “Eks-prezidentlər haqqında” Qanun qəbul ediləcəksə, mütləq “Ümummilli lider haqqında” da Qanun qəbul edilməlidir.”

Sonda deputat deyib ki, bu təşəbbüs dövlət tərəfindən dəstəklənsə, o da bu sənədin hazırlanmasında iştirak edəcək və müəyyən təkliflər verəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir