Bu günə qədər bir çox film təklifi alan, amma həmişə onları geri çevirən Tarkan sonunda rejissor Ərdal Murad Aktaşın filmində oynamağa razı oldu. Məşhur popçu Aktaşın “Gəlincik səsləri-Çanaqqala” adlı filmində rol almağı qəbul etdi. Meqastar Çanaqqala döyüşləri əsnasında yaşanmış gerçək bir hadisəni izah edən filmdə Bəkir Çavuş adlı bir iti nişançının obrazını canlandıracaq. Bəkir Çavuşun mübarizə etdiyi mançesterli Tommi rolunu isə Yeni Zellandiyadan olan aktyor Martin Henderson oynayacaq.
Filmin büdcəsi 10 milyon dollardır. Filmdə tibb bacısı Safiyə Hüseyni canlandıracaq qadın oyuncunun kim olacağı hələ məlum deyil. Filmin nümayişi üçün Avstraliya, Almanya, Yeni Zellandiya və İngiltərə ilə müqavilə bağlayan rejissor Ərdal Murad Aktaş təqdimatın Çanaqqalada ediləcəyini söyləyib.
Modern.az