Modern.az

Bakı-İstanbul aviareysləri yenidən təxirə salınıb

 Bakı-İstanbul aviareysləri yenidən təxirə salınıb

Təhsil

16 Yanvar 2016, 22:20

 

Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb. Modern.az saytı xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi internet səhifəsində məlumat verilib.

Qeyd edək ki, ilk təyyarə yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan İstanbula uçmalı idilər. Son günlər  isə "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?