Arxiv
18 Yanvar 2016, 17:52 | TƏHSİL
Şəfalı əllərin sehri, Kəlbəcər nisgili

Yanvarın 14 - də Moskvada Millətlər Evinin böyük zalında  Moskva şəhər 79 saylı xəstəxananın Cərrahiyə endoskopiya şöbəsinin  müdiri, professor, Rusiya Federasiyasının əməkdar həkimi, cərrah Sabir Həbibovun anadan olmasının 65 - illiyilə bağlı təntənəli tədbir keçirilib. 

Modern.az xəbər verir ki, tədbirdə Moskvada yaşayan Azərbaycanlı ziyalılar, Azərbaycan diasporunun nümayəndələri, Moskvada çalışan azərbaycanlı həkimlər, şairlər, jurnalistlər, elm adamları, burada  məskunlaşmış kəlbəcərlilər iştirak ediblər. Yubiley tədbiri Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Tədbir yubiliyarın həyatını əks etdirən videoçarxla başladı. Sonra tədbiri giriş sözü ilə açan Rusiya jurnalistlər birliyinin üzvü  tanınmış jurnalist Cəfər Sadıq  Sabir həkimin humanistliyindən, onun həkimlik peşəsinə fədakarcasına xidmətindən, insanlara göstərdiyi qayğısından, minlərlə insanın həyatını xilas etməsindən, hər kəsin müqəddəs saydığı, inanıb etibar etdiyi özünün də az qala 40 ilə yaxın dostluq elədiyi Sabir həkimin, olduqca şərəfli və məsuliyyətli peşəsindən söz açdı.

Yubiliyarın həmyerlisi Azərbaycan Yazıçılar Birliyiniin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu çıxışında qeyd etdi ki, “Ana yurdundan məhrum edilmiş, doğma yurd-yuvasından didərgin salınmış insanlarımızın dərdinə qəriblikdə tablaşmaq o qədər də asan deyil.Əgər bir adam yersiz, yurdsuz qalan insanlarımızın taleyinə, doğma yurduna, elinə-obasına biganə qalırsa elə  bunun özü vətənə xəyanət kimi bir şeydir. Həyata göz açdığımız eli-obanı,  ilk vətənimizi unutmayan, doğulduğumuz Kəlbəcər  torpağının faciələrini yaşayan insanlar kimi öz övladlıq borcumuzu öz işimizlə, bacarığımızla  ödəmək istəmişik. Kəlbəcərin adını aşağılayan, onun müqəddəs adına xələl gətirən bəd bir işə qol qoymamışıq. Əsl kəlbəcərlinin necə olduğunu bu yad torpaqada hər kəsə isbat eləmişik.

Uzaqdan-uzağa Azərbaycanımızla fəxr edib onun məhrumiyyətlərinə ağrılarına acımışıq, doğma elimizin həsrəti ilə yaşamışıq, tarixi vətənimiz Azərbaycanımızın sevincinə sevinmişik, dərdi dərdimiz olub. Hər birimiz öz əməllərimizlə, təmiz işimizlə  güclü vətənpərvərlik duyğularımızı, yurdsevərlik ləyaqətimizi qoruyub saxlamışıq. Qəribçilik insan üçün ən acı dərddir, dözülməz dərddir, çünki bu anlayışın arxasında vətənsizlik dayanır. Hər bir dərdin əlacını tapmaq mümkündür. Amma, vətənsizliyin əlacı yoxdur. Onun bircə əlacı var - vətənə dönmək, torpaqlarımızı düşmənlərdən azad etmək, doğulduğumuz torpağa qovuşmaq, babalarımızın, nənələrimizin  sərkardan ruhlarını sevindirmək...”

Tədbirdə. ölkəmizin Rusiyadakı səfirliyinin diaspora üzrə müşaviri Aqşin Əliyev, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin ictimaiyyət və KİV-lə əlaqə şöbəsinin rəhbəri Tamilla Əhmədova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar  Hacıyev, tanınmış mesanat, iş adamı Mirəşrəf Fətiyev, hüquqşünas Məhəməd Quliyev, tarixçi filosov Kamran Rüstəmov, jurnalistlər; Azər Cahangirov,Tünzalə Vəliqızı, Anar Həsənov,Şair Sultan Mərzili, azərbaycan məktəbinmin müəlliməsi Validə Məmmədova və başqaları çıxış edərək yubilyarı təbrik ediblər, ona uzun ömür, cansağlığı, gələcək fəaliyyətində uğurlar diləyiblər. 

Çıxış edənlər  Sabir həkimin keçdiyi həyat yolundan,təbabət elmində qazandığı  böyük nailiyyətlərindən, onun insan həyatını, onun sağlamlığını qorumaq kimi çox çətin, gərgin, əziyyətli işindən söz açıb. Sabir həkimin  minlərlə xəstəyə şəfa verib həyata qaytardığından, onun  mehriban, qayğıkeş bir insan olmasından, ümidsiz, ağır xəstəliyə dücar olan insanları yenidən həyata qaytaran  şəfalı əllərinin sehrindən danışıb. Sabir həkimin öz zəhməti hesabına bir çox uğurlar əldə etməsini, minlərlə insanların sağlam olmasında böyük əməyi olduğunu vurğulayıb, yubilyarın ünvanına xoş sözlər söylədilər.

Tədbir iştirakçılarına Nəsib Nəbioğlunun Sabir Həbibovun həyat və yaradıcılığına həsr olunmuş “Şəfalı əllərin sehri. Kəlbəcər nisgili” başlığı altında məqaləsinin yer aldığı “525-ci qəzet”i paylanmışdır. Tanınmış müfənni Sərxan Sərxan, Həsən Ağcabədili, yubiliyarı oxuduğu mahnılarla təbrik elədilər Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb. 

Tədbirin sonunda xoş sözlərə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə Sabir Həbibov  Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinə, tədbirin təşkilatçılarına  və iştirakçılara səmimi minnətdarlığını bildirib.

Xatırladaq ki, Sabir Həbibov tibb elmləri doktoru, professor, Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiridir. Sabir həkim 2009 - cu ilin  mart  ayının 31-də  Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedev həmvətənimiz, təbabət sahəsində yüksək ixtisaslı mütəxəssis Sabir Həbibova “Rusiya Federasiyasının əməkdar həkimi” fəxri adı verilməsi haqqında fərman imzalayıb. S.Həbibov  bu ada səhiyyə sahəsində xidmətlərinə və çoxillik qüsursuz fəaliyyətinə görə layiq görülüb.


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ 24 İyun 2019, 21:57 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30 Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54 Gənclər üçün növbəti festival keçirilib - FOTO   24 İyun 2019, 18:44 Hər bir hərbi qulluqçu Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə qadirdir - Zakir Həsənov 24 İyun 2019, 18:41 Nazir müavininə general-leytenant rütbəsi verildi - SƏRƏNCAM 24 İyun 2019, 18:32 Vaqif Dərgahlı təltif edildi 24 İyun 2019, 18:25 Ramil Usubov tələbələrdən imtahan götürdü - FOTO 24 İyun 2019, 18:17 Prezident hərbçiləri təltif etdi, ali rütbələr verdi - SİYAHI   24 İyun 2019, 18:08 Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO 24 İyun 2019, 18:06 Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!   24 İyun 2019, 18:02 Almaniyadakı iş adamı təkzib istəyir - “Yoxsa məhkəməyə verəcəm! 24 İyun 2019, 18:00 Ərdoğan 25 illik “eşqini” itirdi 24 İyun 2019, 18:00 Gürcüstanda aksiyaçıları döyən 10 polis işdən kənarlaşdırılıb 24 İyun 2019, 17:35 Azərbaycan-Fransız Universitetinin 10 tələbəsi ilk 100-lükdə 24 İyun 2019, 17:29 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov 24 İyun 2019, 17:20 “İrəli” gəncləri  Azərbaycanı beynəlxalq layihədə təmsil etdi 24 İyun 2019, 17:15 Almaniyada 2 qırıcı təyyarə toqqşudu 24 İyun 2019, 17:13 Manat və dolların sabahkı məzənnəsi 24 İyun 2019, 17:10