Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb. Modern.az saytı xəbər verir ki, bu barədə anspress-ə açıqlama verən əməkdar artist Rəhman Rəhmanov oğlu ilə yaşamadığını bildirib:“O adam məni maraqlandırmır. 1 aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!”
Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə də soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi.
Modern.az