Modern.az

25 ildə 2297 jurnalist öldürülüb - Hadisələrin ən çox baş verdiyi ölkələr - SİYAHI

25 ildə 2297 jurnalist öldürülüb - Hadisələrin ən çox baş verdiyi ölkələr - SİYAHI

Təhsil

4 Fevral 2016, 10:58


1990-cı ildən bu günə kimi dünyada 2297 jurnalist xidməti vəzifəsini yerinə yetirərəkən öldürülüb. Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) məlumat verib.

KİV nümayəndələrinin ölümünə görə rekord İraqa məxsusdur. Bu ölkədə 25 ildə 309 jurnalist öldürülüb. İkinci pillədəki Fillipində 146, 3-cü pillədəki Meksikada 120, 4-cü pillədə qərar tutan Pakistanda 115 “dördüncü hakimiyyət” nümayəndəsi öldürülüb.

Şimal qonşumuz Rusiyada acı statistikanın göstəricisi 109 addan ibarətdir. İlk onluğa Əlcəzair (106 nəfər), Hindistan (95 nəfər), Somali (75 nəfər), Suriya (67 nəfər) və Braziliya (62 nəfər) da daxil olub. Türkiyədə son 25 ildə 34 jurnalistin öldürüldüyü bildirilir.

Beynəlxalq  Jurnalistlər Federasiyası (İFJ) 2015-ci ildə dünyada 112 jurnalsitin həlak olduğunu xəbər verir. Onlar arasında 2015-ci il avqustun 9-da döyülərək öldürülən azərbaycanlı jurnalist Rasim Əliyevin də adı var.

Jurnalistlərin əsas ölüm səbəbləri qaçırılma, teror aktları, hərbi münaqişələr və mudzlu qatillər tərəfindən öldürülməsidir. Təşkilat qeyd edir ki, yalnız hər 10-cu jurnalistin ölümü ilə bağlı lazımi araşdırma aparılır.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?