Modern.az

Eynulla Fətullayevin saytları fəaliyyətini bərpa edir

 Eynulla Fətullayevin saytları fəaliyyətini bərpa edir

Təhsil

9 Fevral 2016, 01:15

 

Bir sıra problemlərə görə fəaliyyəti məhdudlaşan və işçi heyətində ixtisarlar aparılan haqqin az və virtualaz.org saytları öz fəaliyyətlərini tam şəkildə bərpa edib. Modern.az saytı xəbər verir ki, bunu musavat.com-a adları qeyd olunan saytların təsisçisi və baş redaktoru, araşdırmaçı-jurnalist, Eynulla Fətullayev məlumat verib.

O, bildirib ki, saytların yayımına əngəl olan bütün problemlər yoluna qoyulub, ixtisar olunan işçilər geri çağırılıb: “Artıq 9 fevraldan etibarən bizim saytlar tam gücü ilə və əvvəlki kursla fəaliyyətini davam etdirəcək. İşçilər də geri çağırılıb, bu prosesdə kadr itkilərimiz də olmadı ”.

Xatırladırıq ki, təxminən bir həftə əvvəl haqqın.az və virtualaz.org saytlarının işçilərinin əksəriyyəti öz hesablarına məzuniyyətə göndərilmiş, yayın orqanlarının konsepsiyasında ciddi dəyişiklik həyata keçirilmişdi.

Belə ki, ölkənin online mediası arasında öndə gələn bu saytlar özəl xəbər və reportajlardan imtina etmiş, ancaq rəsmi xəbərlərin yayımı ilə məşğul olurdular. Bu hadisə ölkənin ictimai-siyasi həyatında ən çox müzakirə olunan mövzulardan biri idi.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir