Modern.az

İTV-nin itkin düşən əməkdaşının meyiti tapılıb

 İTV-nin  itkin düşən əməkdaşının meyiti tapılıb

Təhsil

26 Fevral 2016, 20:01

 

İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb. Modern.az saytı xəbər verir ki, bu barədə  APA-ya Suraxanı rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.   

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?