
Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribenin qardaşı qətl ittiham ilə həbs olunub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, istintaq Santyaqo Uribeni 90-cı illərdə solçu qruplaşmalarla mübarizə aparmaq üçün “12 apostol” təşkilatını yaratmaqda ittiham edir.Keçmiş polis işçisi verdiyi ifadələrində Uribenin yaratdığı dəstənin fermada edamlar həyata keçirdiyini deyib.
1994-cü ildə ölkənin şimalındakı Antokkio ştatında yaradılan silahlı dəstə polisə aylıq muzd ödəyirdi ki, onların qanunsuz fəaliyyətinə göz yumsun.
Lakin həbsdə olan Santyaqo Uribe bütün ittihamları rədd edir.
Vüqar İsmayılov