Modern.az

Neft ixracının həcmi açıqlandı - rəsmi

 Neft ixracının həcmi açıqlandı - rəsmi

Təhsil

1 Mart 2016, 21:31


 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2016-cı ilin fevral ayında Supsa limanından 169 215 ton, Ceyhan limanından 1 473 411 ton, Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edib. Modern.az saytı SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 258 ton, Supsa limanından 423 264 ton (ötən ilin analoji dövrü ilə müqayisədə 508,29 min ton), Ceyhan limanından 2 984 325 ton (3,3 milyon ton), Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Fevral ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 32,48 dollara,Urals nefti 31,26 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 33,43 dollara satılıb. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin fevral ayında 52 099 ton dizel yanacağı, 24 019 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 8325 ton yüksək təzyiqli polietilen, 1537 ton mütləqləşdirilmiş izopropil spirti, 6575 ton maye piroliz qətranı, 2926 ton propilen və 677 ton butilen butadien fraksiyası ixrac edib.  

Ümumilikdə 2016-cı ilin yanvar-fevral ayları ərzində 125 923 ton dizel yanacağı, 65 753 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 15 403 yüksək təzyiqli polietilen, 2346 ton mütləqləşdirilmiş izopropil spirti, 9102 ton maye piroliz qatranı, 6023 ton propilen və 677 ton butilen butaduien fraksiyası ixrac edilib.  

2016-cı ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 358,67 dollar, təyyarə yanacağının - 314,88 dollar, dizel yanacağının - 292,81 dollar, 1% kükürdlü mazutun qiyməti 141,88 dollar təşkil edib.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?