Modern.az

Biləsuvar sakini sərhəd-keçid məntəqəsində ölüb

 Biləsuvar sakini sərhəd-keçid məntəqəsində ölüb

Təhsil

4 Mart 2016, 20:53

 

Biləsuvar sərhəd-keçid məntəqəsində ölüm faktı qeydə alınıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Biləsuvar rayonunun Abazovka kənd sakini Elşən Məmmədhəsən oğlu Qasımov sərhəd-keçid məntəqəsindən keçərkən qəfildən dünyasını dəyişib.

İlkin versiya kimi onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Hadisə yerinə dərhal təcili yardım maşını göndərilib. E.Qasımovun ölümünün dəqiq səbəbləri onun meyitinin daxili və xarici tibbi ekspertizasının yekun rəyindən sonra məlum olacaq.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?