“Azəryolservis” ASC paytaxtda təmir olunan yolun bağlanması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Nardaran qəsəbəsində Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam deyil, qismən məhdudlaşdırılır: “Bu barədə qurumun həm feysbuk, həm də rəsmi internet səhifəsində məlumat vermişik. Həmin yol 3 gün bağli olmayacaq, açsq olacaq! Sadəcə olaraq həmin istiqamətdə sıxlıq yaranmasın, deyə bu məlumatı verdik”.
Modern.az