Modern.az

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə Qarabağ problemini müzakirə edib

 Elmar Məmmədyarov rusiyalı həmkarı ilə Qarabağ problemini müzakirə edib

Təhsil

5 Mart 2016, 20:02

 

Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov Bakıda səfərdə olan rusiyalı həmkarı Qriqoriy Karasinlə Xəzər dənizində beynəlxalq əməkdaşlığa dair sənədlərin hazırlanması prosesini müzakirə ediblər. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici siyasət qurumunun rəsmi saytında bildirilir.

“Xüsusi diqqət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna və Xəzər dənizində beynəlxalq əməkdaşlığa dair sənədlərin hazırlanması prosesinə ayrılıb”, - deyə məlumatda bildirilir.  

Məlumatda qeyd olunur ki, söhbət zamanı tərəflər arasında bölgədə vəziyyətin inkişafı, Rusiya və Azərbaycanın qonşu dövlətlərlə qarşılıqlı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?