“Den Börton kimi Amerikanın hörmət etdiyi, ağır çəkili siyasətçinin Azərbaycan Amerika Alyansının sədri vəzifəsindən istefa verməsi, əlbəttə ki, itkidir”.
Modern.az-ın məlumatına görə. Bu sözləri Amerikada yaşayan azərbaycanlı journalist Sevinc Osmanqızı keçmiş konresmenin Azərbaycan Amerika Alyansının sədrliyindən getməsiə münasibət bildirərkən deyib.
Xatırladaq ki, ABŞ Konqresinuin Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvü Den Burton nəqliyyat naziri Anar Məmmədovun rəhbərlik etdiyi lobbiçilik təşilatının sədrliyindən istefa verib.
S.Osmanqızının sözlərinə görə, bu məsəyəyə yanaşarkən Azərbaycan Amerika Alyansına maliyyənin azalması və ya qurumun fəaliyyətinin dondurulmasından söhbət getməməlidir:
“Necə olur ki, erməniləri dəstəkləyən konqresmen və senatorlar bunu illər, onillərlə edirlər? Pulla da, pulsuz da!
Lobbiçilk ortaq dəyərlər üzərində qurulmalıdır. Səylər hakimiyyətin yox, Azərbaycanın lobbiçiliyinə yönəlməiidir. Əks halda siyasi dustaqları olan hakimiyyəti müdafiə etmək kimi yükün altına girənlər bunu yalnız maliyyə maraqlarından ötrü edirlər. Sonluq da gözlənilən və banal olur – bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı”.
İndiana ştatından olan respublikaçı Den Barton Azərbaycan Amerika Alyansının sədrliyindən istefa verib. Bu qrupun rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
