Modern.az

Məcburi köçkün özünü asdı – Bakıda

Məcburi köçkün özünü asdı – Bakıda

Təhsil

6 Mart 2016, 17:41

Bakıda intihar hadisəsi baş verib.

Modern.az saytı lent.az-a istinadən bildirir ki, martın 5-də Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 25 ünvanında Ağdam rayonundan məcburi köçkün olan 1970-ci il təvəllüdlü Məmmədov Rəşid Əyyub oğlu özünü kapron iplə asaraq intihar edib.

Yaxınlarının bildirdiyinə görə, o, spirtli içki aludəçisi olub və tez-tez həyatdan bezdiyini, intihar edəcəyini deyirmiş.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?