Modern.az

Kayseridə “Qarabağ, Azərbaycan” parkı açılması təklif edildi - Fotolar

Kayseridə “Qarabağ, Azərbaycan” parkı açılması təklif edildi - Fotolar

Təhsil

6 Mart 2016, 18:22

 

Türkiyənin Kayseri bölgəsində konfransda iştirak edən millət vəkili Qənirə Paşayeva Kayseri bələdiyyə başçısı Mustafa Çeliklə görüşüb. Modern.az saytı xəbər verir ki, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Kayserinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb.

Millət vəkili yaxın zamanlarda Kayseri mərkəzi parklardan birinə " Qarabağ, Azərbaycan” adının veriləcəyinə və orada Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacağına inandığını deyib.

Millət vəkili Kayseri bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Kayseri  bələdiyyə başçısı Mustafa  Çelik  Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Kayseri bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət yönəldəcəyini bildirib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın Kayseridə  Qarabağ, Azərbaycan parkı və orada abidə qoyulması  ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını bildirib.

Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın apreldə çıxacaq növbəti hissəsində qədim Kayseinin  də yer alacağını bildirib: "Azərbaycan insanına  Kayserini daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək".

Kayseri bələdiyyə başkanına  Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib.

Azərbaycanı çox sevdiyini deyən Kayseri bələdiyyə başkanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.     


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?