Göygöl sakini intihara cəhd edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Göygöl şəhər sakini, 1979-cu il təvəllüdlü Aşırəliyev Cavanşir Valeh oğlu yanıq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, C. Aşırəliyev üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Modern.az