Modern.az

“Büdcədən böhran “iyi” gəlmir”

“Büdcədən böhran “iyi” gəlmir”

7 Mart 2016, 11:24

 

Bu ilin büdcəsində beynəlxalq idman tədbirlərinin keçirilməsi xərcləri elm xərclərindən 3 dəfə çox nəzərdə tutulub.

Modern.az saytı xəbər verir ki, bu haqda iqtisadçı Qubad İbadoğlu 2016-cı ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi barədə şərh verərkən deyib:

“2016-cı ilin əlavə və dəyişikliklərlə yeniləşdirilmiş büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403,87 milyon manat vəsait ayrılıb. Bu vəsait bu il üçün nəzərdə tutulan səhiyyə büdcəsinin təxminən yarısı qədərdir. 

Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönələn vəsait ayrı-ayrılıqda sosial təminat xərclərindən 11,5 dəfə, ipotekaya dəstək xərclərindən 8 dəfə, elm xərclərindən 3 dəfə, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə ayrılan xərcdən 2,5 dəfəyədək çoxdur”.

Q.İbadoğlu bildirib ki, 2016-cı ilin büdcəsində beynəlxalq idman tədbirləri üçün təsdiq olunan 403,87 milyon manat vəsaitdən əlavə olaraq 18 milyon manat da beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün də nəzərdə tutulub

“Deməli, bu il bütövlükdə beynəlxalq tədbirlərin təşkili üçün büdcədən 422,8 milyon manatdan çox vəsait xərclənəcək ki, bu da bu il üçün cəmi büdcə xərclərinin 2,3 faizinə bərabərdir.

Göründüyü kimi bu ilin büdcəsindən heç də böhran büdcəsi "iyi" gəlmir. Onun rasionallaşdırılması ilə bağlı deyilənlər isə xüsusilə də yeniləşmiş büdcədə nəzərə alınmayıb”.  

Gülşən RAUFQIZI  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır