Modern.az

Azərbaycana 33 sm qar yağdı

Azərbaycana 33 sm qar yağdı

7 Mart 2016, 12:45



Martın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi martın 7-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Qubanın dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24, Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14, Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11, Kiçik Qafqazda 1-6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır