Modern.az

Hüquqşünas prezidentə müraciət etdi

Hüquqşünas prezidentə müraciət etdi

7 Mart 2016, 12:54

 

“Antikollektor” MMC-nin təsisçisi, hüquqşünas Əkrəm Həsənov Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Modern.az saytı xəbər verir ki, vəkil 5 səhifədən ibarət müraciətin əhalinin və sahibkarların düşdüyü borc bataqlığı, ümumiyyətlə bank xidmətləri istehlakçılarının problemləri ilə bağlı olduğunu bildirib.

Həmçinin, problemli borclar, problemin səbəbləri, kreditorlar və kollektorların qanunsuz fəaliyyəti və s. məsələlərin həlli ilə bağlı məsələlərə toxunub.

Ə.Həsənov eyni zamanda qeyd edib ki, bu müraciət Prezident Administrasiyasının məsul şəxslərinə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bağlı yaradılan İşçi qrupa da göndərib.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır