
Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 9928 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, martın 1-dən bu günə qədər 8693 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib.
Hazırkı məlumata əsasən, 4811 nəfər oğlan, 4355 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib.Qeyd edək ki, təhsil nazirinin 19 fevral 2016-cı il tarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılıb.
Aytən ZƏHRA