Modern.az

ABŞ səfirliyi “İngilis dili həftəsi”nə dair açıqlama yaydı

ABŞ səfirliyi “İngilis dili həftəsi”nə dair açıqlama yaydı

9 Mart 2016, 19:02

Martın 1-dən 5-nə kimi ABŞ-ın Azərbaycandakı Səfirliyi ikinci İllik İngilis Dili Həftəsini təşkil edib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, Sözügedən tədbir çərçivəsində Bakıda yerləşən Amerika Mərkəzində və bir sıra yerli universitetlərdə seminarlar təşkil olunmuş və ingilis dilinin öyrənilməsini təşviq edən fəaliyyətlər həyata keçirilib.  

İkinci İngilis Dili Həftəsi Azərbaycanda ingilis dilinə olan təlabatının ünvanlanması üçün nəzərdə tutulub. İngilis Dili Həftəsi ərzində Səfirlik bütün yaş qruplarını əhatə edən müxtəlif interaktiv fəaliyyətlər vasitəsilə ingilis dili, müasir tədris metodları, və ingilis dilini öyrənənlər üçün müxtəlif resurslar barədə malumatları paylaşmağa çalışdı.

Mədəniyyət Məsələləri üzrə Əməkdaş Emi Petersen qeyd edib: “İngilis dilini danışmaq və başa düşmək bacarığı qlobal iqtisadiyyata qatılmaq və rəqabətə davamlı olmaq imkanı yaradır.

Məhz buna görə İngilis Dili Həftəsi kimi layihələr tələbələri ingilis dilinin öyrənməsinə həvəsləndirir və müəllimlərə dilin tədrisini dahada səmərəli etmək üçün lazımı üsulları təqdim edir”. Xanım Petersen qeyd edib ki, ABŞ Səfirliyi müəllim və tələbələrə dil bacarıqlarını yaxşılaşdırmaları üçün müxtəlif mareriallar təqdim edib. Bakıda fəaliyyət göstərən Amerika Mərkəzi isə ingilis dilinin öyrənilməsi, təkmilləşdirilməsi və istifadəsi sahəsində öz fəaliyyətini davam edir.

İngilis Dili Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə 2200 çox insan iştirak edib. Populyar tədbirlər sırasına canlı musiqi ilə müşayiət olunan “Amerika Mahnısının Tarixi” və ABŞ-a dair viktorinalar kimi tədbirlər daxil idi. Həmçinin inqilis dilinin dünyada istifadəsi və ingilis dilinin tədrisinin təkmilləşdirilməsi kimi sessiyalarda yer alıb.

Sözügedən sessiyalar ictimayyət üçün açıq şəkildə keçirilmiş və nəticədə müsbət rəy qazanıblar. Dillər Universitetinin bir tələbəsi sessiyalarda iştirak etdikdən sonra “Düşünürdüm ki, müəllim olmaq istəmirəm. Sessiyalardan sonra qərar verdim ki, müəllim olacam” deyib.     

Sessiya iştirakçılarını həvəsləndirmək üçün ABŞ Səfirliyi peşəkar ingilis dili müəllimlərini Azərbaycana dəvət edib. Bölgə üzrə İngilis Dili Əlaqələndiricisi Kevin Makkohi Azərbaycanda olarkan Bakı Dövlət, Azərbaycan Dillər, Bakı Slavyan, və Qafqaz universitetlərində, həmçinin Zərifə Əliyeva adına liseydə görüşlər keçirmişdir. Digər ingilis dili mütəxəssisləri Melani Beyker və Sara Qallaher Bakıdakı Amerika Mərkəzində müəllimlər və tələbələr üçün seminarlar keçiriblər. 

Cənab Makkohi həmçinin Azərbaycanın İngilis Dili Müəllimləri Assosiasiyası üzvləri ilə görüşmüşdür və İsmayıllıda ingilis dili müəllimləri üçün nəzərdə tutulan seminar keçirib.

O, Azərbaycanda ingilis dilinin tədrisinə aid məsələləri müzakirə etmiş, müəllimlərə lazımı peşəkar resursları təqdim edib. Cənab Makkohi qeyd edib: “Bakıdakı tədbir iştirakçılarının göstərdikləri həvəs və enerji mənə xoş təəssürat bağışladı. ”  

Bakıdakı Amerika Mərkəzinin fəaliyyətləri barədə ətraflı məlumat almaq üçün mərkəzin Feysbuk səhifəsinə müraciət edin //www.facebook.com/Baku-American-Center-180989618608264/?fref=ts

İngilis dilində mövcud olan materiallarla bu səhifədə tanış ola bilərsiniz //americanenglish.state.gov/

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır