Modern.az

Çempionlar Liqasında 1/8 final - 4 klub 1/4-ə çıxdı

Çempionlar Liqasında 1/8 final - 4 klub 1/4-ə çıxdı

10 Mart 2016, 09:34



Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Modern.az xəbər verir ki, Rusiyanın “Zenit” klubu “Benfika”nı qəbul edib. Bu matçda 2:1 hesabı ilə qalib gələn Portuqaliya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Digər oyunda “Çelsi” PSJ-ni qəbul edib. Paris klubu ilk görüşdəki kimi  2:1 hesablı qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.

Bundan əvvəl isə Madrid "Real"ı və Almaniyanın "Volfsburq" klubu da adını 1/4 finala yazdırıb.

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 1:2
"Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) - 1:2 
"Real" (Madrid, İspaniya) -
"Roma" (İtaliya) - 2:0
 "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)  - 1:0 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır