Modern.az

İlham Əliyev: "Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir"

İlham Əliyev: "Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir"

10 Mart 2016, 11:18



Bu gün Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.

Modern.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev forumun qonaqlarını təbrik edib və salamlayıb.

İlham Əliyev bildirib: "İlk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Çox şadam ki, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir".

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun Şurasına, həmsədrləri xanım Vayra Vike-Freyberqana və İsmail Serageldinə Mərkəzin qısa müddət ərzində dünya miqyaslı beynəlxalq instituta çevrilməsinə görə təşəkkür edib.

İlham Əliyev qeyd edib ki, bu gün forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.

Dövlət başçısının sözlərinə görə, mövzuların müzakirə edilməsi bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır