İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern. az-a məlumat verilib.
Məlumatda bildirilir ki, Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan 17 ədəd xırda bükümlərdə olmaqla, ümumi xalis çəkisi 141,694 qram təşkil edən heroin aşkar olunub.
Həmin şəxslər sərhədi piyada keçmək istəyiblər.
İrandan Azərbaycana piyada yolla gələn daha bir Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama nəticəsində isə ondan 2 ədəd bağlamada, ümumi xalis çəkisi 200,915 qram təşkil edən heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Modern. az