Modern.az

Cavid Qurbanov strateji əməkdaşlıqları müzakirə etdi

Cavid Qurbanov strateji əməkdaşlıqları müzakirə etdi

10 Mart 2016, 12:39

Martın 10-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “DB Engineering & Consulting and Deutsche Bahn” şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru Philip Tentropun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Modern.az saytının xəbərinə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, reallaşdırılan layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan Dəmir Yolları ilə tanışlıq, Bakı-Böyük Kəsik istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və nəqliyyat vasitələrinin yenilənməsi planları, strateji əməkdaşlıq imkanları müzakirə olunub.

“DB Engineering & Consulting and Deutsche Bahn” şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru Philip Tentrop çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını, strateji əməkdaşlıq imkanlarının artırılmasının bildirib.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.  

Gülşən RAUFQIZI  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır