Modern.az

Bakıda bir ailə dəm qazından zəhərləndi - Ər-arvad öldü

Bakıda bir ailə dəm qazından zəhərləndi - Ər-arvad öldü

10 Mart 2016, 13:10

Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Hadisə martın 9-da Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri - Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində ər və arvad ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Modern.az   

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır