Dünya bazarında neft qiymətində cüzi artım qeydə alınıb. Modern.az saytı xəbər verir ki, Brent markalı neft 40,32 dollara təklif edilir. Bu da əvvəlki günlə müqayisədə 0.67 faiz artım deməkdir.
WTI markalı neftin qiymətində də 1.66 faiz bahalaşma qeydə alınıb. Bununla da WTI-nin bir barrelinin qiyməti 38,47 dollara təklif edilib.
Modern.az