Modern.az

Azyaşlı yol qəzasının qurbanı olub

 Azyaşlı yol qəzasının qurbanı olub

Təhsil

13 Mart 2016, 21:58


Bu gün saat 17 radələrində Bakı - Quba - Rusiya sərhədi yolunun 122-ci km-də Şabran şəhəri ərazisində 7 yaşlı piyada uşaq yol qəzasının qurbanı olub. Modern.az saytı xəbər verir ki, Bakıdan Quba istiqamətinə gedən, Xaçmazın Cax-Caxlı kənd sakini, 51 yaşlı Şamil İsmayılovun idarə etdiyi VAZ 21043 markali avtomobillə yolu keçən Şabran şəhər sakini, 7 yaşlı Rüstəm Mirzəyev vurulub. Uşaq dərhal keçinib.

Anspress-in məlumatına görə, hadisə yerini muayinə etmiş BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, uşaq hadisə vaxtı atası ilə birgə olub, qəfildən o qaçıb yola çıxıb.  

Qəzanın baş vermə səbəbi araşdırılır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?