Hal-hazırda Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumatı yoxdur. Modern.az saytı xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, bu məsələ araşdırılır.
Qeyd edək ki, Ankarada güclü partlayış baş verib.
Hadisə zamanı 27 nəfər ölüb, 75 nəfər yaralanıb.