Modern.az

Reanimasiyaya düşən tanınmış diktor evə buraxılır

Reanimasiyaya düşən tanınmış diktor evə buraxılır

Təhsil

14 Mart 2016, 13:19


Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov bu gün evə buraxılır. Bu sözləri Modern.az-a açıqlamasında Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib. O qeyd edib ki, Sabir Ələsgərov fevralın 24-də ağır vəziyyətdə Klinikaya gətirilib.

“Sabir Ələsgərov ağır vəziyyətdə bizə gətirilmişdi, təcili İntensiv Terapiya və Reanimasiya şöbəsinə yerləşdirildi. Xalq artisinə prostat vəzinin xoşxassəli hiperplaziyası və ikitərəfli hidroureteronefroz, xorniki böyrək çatışmazlığının kəskinləşməsi diaqnozu qoyulub. Xəstə ilk gündən baş nefroloq Mehman Ağayevin, həkim reanimatoloqlar Emil Qasımov və Bayram Nuriyevin nəzarətində olub. Klinikanın mütəxəssisləri ilə mütəmadi konisiliumlar keçirilərək müalicə prosesi davam etdirilib”.

Direktor qeyd edib ki, xalq artistinin vəziyyəti yaxşılaşdıqdan sonra, martın 7-də Pulmonologiya, Allerqologiya və Nefrologiya şöbəsinə köçürülüb.

“Sabir Ələsgərovun vəziyyəti hazırda yaxşıdır. Bu gün evə buraxılır. Lakin bir aydan sonra uroloji müayinəyə və müalicəyə ehtiyaci olacaq”.

Sabir Ələsgərov bildirib ki, hazırda özünü yaxşı hiss edir.

“Gəldiyim zaman çox ağır vəziyyətdə idim. Burda həkimlərin sayəsində bu gün ozümü çox yaxşı hiss edirəm”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?