Modern.az

Komitə sədri yeni qanun layihəsinin anonsunu verdi

Komitə sədri yeni qanun layihəsinin anonsunu verdi

Təhsil

14 Mart 2016, 13:37

“Parlamentdə 10-a yaxın yeni təhsil qanunları qəbul olunacaq.  Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması və qəbulundan sonra təhsillə bağlı daha bir neçə qanun layihəsinin nəzərdə tutulur”.

Modern.az xəbər verir ki, bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli sözügedən komitənin iclasında deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bir neçə il öncə “Təhsil haqqında” çərçivə qanunun qəbulu ilə Azərbaycanda gələcəkdə təhsil sahəsində 10-a yaxın qanun layəsinin hazırlanması və qəbulu müəyyən olunub.  

Deputat bildirib ki,  yeni yaradılacaq qanun layihələrindən biri də “Peşə-ixtisas təhsili haqqında” qanun layihəsidir.

“Biz belə bir qanun layihəsini də hazırlamağı və gələcəkdə onu müzakirələrə təqdim etməyi nəzərdə tuturuq. Ancaq təbii ki, dediyim kimi, “Məktəbəqədər təhsil haqqında” qanunun qəbulundan sonra. Belə bir qanuna da böyük ehtiyac duyulur”.  

Ağa Akifoğlu   

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?