
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2016-cı il martın 13-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Modern.az xəbər verir ki, nəticələr martın 14-də TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Peşə liseyləri şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
| Təhsilin səviyyəsi | Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | |||
| Ana dili | Ana dili | Riyaziyyat | Xarici dil/Kimya | ||
| Tam orta | 2 | 0-7 | 0-7 | 0-7 | 0-6 |
| 3 | 8-17 | 8-17 | 8-16 | 7-16 | |
| 4 | 18-25 | 18-25 | 17-24 | 17-24 | |
| 5 | 26-30 | 26-30 | 25-30 | 25-30 | |
Modern.az