Modern.az

Metroda polisin yaşlı qadına qarşı kobudluğu - Video

 Metroda polisin yaşlı qadına qarşı kobudluğu - Video

Təhsil

14 Mart 2016, 20:46

 

Bakı metrosunda polislə gül satmaq istəyən yaşlı qadın arasında insident yaşanıb. Modern.az saytı baku.ws-ə istinadən xəbər verir ki, hadisə metronun Gənclik stansiyasının çıxışında qeydə alınıb.

Belə ki, polislər metronun çıxışında gül satan qadına küçə satışının qadağan olduğunu bildiriblər. Kiçik mübahisədən sonra polis əməkdaşı yaşlı qadına müdaxilə edərək onu metro ərazisindən kənara çıxarmağa çalışıb. Hadisənin videosu sosial şəbəkələrdə paylaşılıb və insanlar arasında kəskin reaksiyaya səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə hadisə ilə bağlı məlumatlı olduqlarını və araşdırma aparıldığını bildirib.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?