
Rusiyanın Dağıstan respublikasında “Nurçular” dini icmasına qarşı xüsusi əməliyyat keçirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bir neçə şəhərdə eyni vaxtda keçirilən əməliyyat zamanı 14 nəfər saxlanılıb.Mahaçqala, İzerbaş və Xasavyurt şəhərlərində 400-dən artıq kitab və broşür, noutbuklar, telefonlar və s. müsadirə olunub. İcmanın Dağıstandakı rəhbəri Ziyavəddin Dapayev də saxlanılanlar arasındadır.
Vüqar İsmayılov