Modern.az

Bahar Muradova hökumətin hesabatına qiymət verdi

Bahar Muradova hökumətin hesabatına qiymət verdi

Təhsil

15 Mart 2016, 16:59

“Azərbaycan hökuməti 2015-ci il ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirib. Deputatlar hər zaman olduğu kimi bu gün də hökumətin işinə balanslı müansibət sərgiləyir”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O qeyd edib ki, yeridilən siyasətin mənbəyində insan dayanır:

 “Bu sahədə görülən işləri qənaətbəxş hesab etməklə yanaşı, bir sıra problemlərin həllində yeni imkanlar yaradır. Hesab edirəm ki, ötən ildən sürət götürən proses bir sıra problemlərin həllinə gətirib çıxaracaq. Ünvanlı sosial yardımla bağlı köklü dəyişiklər etməyə ehtiyac var. Bunun yollarını və forması hökümət və müvafiq qurumlar tapa bilər. Yeridilən siyasətin içərisində təmas xəttinə xüsusi diqqətin yetirilməsi ilə bağlı işlər ortadadır. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Bu sahəyə diqqət artırılıb”.

Vitse-spiekr vurğualyıb ki, ötən il ordu quruculuğu yüksək səviyyədə inkişaf edib, ictimaiyyətlə əlaqələr daha da möhkəmləndirilib.  

“Ötən il ayrılan 3.3 milyard manat vəsait ordunun maddi bazasının möhkəmləndirilməsinə və digər məsələlərə sərf olunub. Müdafiə sənayesi sahəsində uğurlarımız çoxdur. Xüsusi sərgilərdə iştirak, bağlanan müqavilələr, eləcədə yeni istehsal edilən silahları xüsusi vurğulamaq olar. Azərbaycanın artan iqtisadi gücü, ordu quruculuğunun məhkəmlənnməsi, sosial siyasət, eləcə də beynəlxalq siyasət Azərbaycan hökümətinin yüksək səviyyədə işlədiyini söyləmək olar”.

Aytən Zəhra 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?