Modern.az

QHT Şurasında daha bir seçki keçirildi

QHT Şurasında daha bir seçki keçirildi

Təhsil

15 Mart 2016, 17:43



Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Gənclər və vətənpərvərlik tərbiyəsi” qrupu üzrə seçki keçirilib.

İclasa açıq səsvermə ilə  Fəxrəddin Həsənzadə sədr, Fəridə İbrahimova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Fəxrəddin Həsənzadə iclasda qeydə alınmış 77 QHT nümayəndəsindən 66-sının iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.

Şura üzvlüyünə namizədlər “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin İdarə Heyətinin sədri Tamxil Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin icraçı direktoru Bəxtimşah Tağıyeva iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Şahin İsmayılov  (53 səs), Asim Vəliyev ( 26 səs) və Tamxil Hacıyev (15 səs) olub.

Qeyd edək ki, sabah “Səhiyyə, sağlamlıq və ekologiya” qrupu üzrə seçkilər keçiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?