Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi hava limanınadək müşahidə edib.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Prezident sarayından Esenboğa Hava Limanınadək eyni maşında gediblər. Ərdoğan Azərbaycan prezidentini təyyarəyə qədər müşayət edərək həmkarının jestinə qarşılıq verib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinin təyyarəsi havaya qalxana qədər gözləyib.
Modern.az