Modern.az

Rus deputat Suriyadan çıxarılan ordunun harada yerləşdiriləcəyini açıqladı

 Rus deputat Suriyadan çıxarılan ordunun harada yerləşdiriləcəyini açıqladı

Təhsil

16 Mart 2016, 00:16

 

Rusiyanın Suriyadan geri çağırdığı hərbi qüvvələri  və döyüş texnikasını harada yerləşdirməsi bütün dünyanın diqqət mərkəzində olan məsələdir.

Bəzi dairələr bu qüvvələrin Cənubi Qafqaz regionunda yerləşdiriləcəyi barədə məlumatlar yayırlar. Konkret olaraq Suriyadan geri çağrılan hərbi hissələrin döyüş texnikası ilə birgə Ermənistanda və Gürcüstanın işğal olunmuş bölgələrində yerləşdiriləcəyi kimi məlumatlar var.

Azərbaycandakı Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixael Zabelin məsələ ilə bağlı Modern.az saytına açıqlama verib.

O, qeyd edib ki, yayılan məlumatlardan xəbəri var: “Ancaq bütün bu məlumatların heç bir əsası yoxdur. Həmin hərbi hissələr Suriyaya göndərilməzdən öncə məgər Cənubi Qafqazda idi ki... Ona görə də hesab edirəm ki, bu kimi xəbəri yayanlar Cənubi Qafqaz regionunda Rusiya xofu yaratmaq istəyirlər. Ancaq bununla bağlı rəsmi açıqlama verilib.

Suriyaya göndərilməzdən öncə həmin hərbi hissələr harada idisə, elə ora da qaytarılacaq. Burada yanlış məlumat yaymaq lazım deyil”. 

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?