Modern.az

Avropa Birliyi Türkiyəyə əlavə 3 milyard dollar ayıra bilər

Avropa Birliyi Türkiyəyə əlavə 3 milyard dollar ayıra bilər

Təhsil

16 Mart 2016, 14:42


Avropa Birliyi miqrant probleminin həlli üçün Türkiyəyə əlavə 3 milyard dollar maliyyə yardımı ayıra bilər.  

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu yardım bundan əvvəl ayrılan 3 milyardlıq tranş xərcləndikdən sonra baş tuta bilər.  

Bundan başqa, Avropa Birliyi və Türkiyə arasında əldə olunmuş 72 bəndlik razılığın bütün müddəaları yerinə yetirilərsə, rəsmi Brüssel 2018-ci ilə qədər Ankayara əlavə yardımlar ayıracaq və qısa müddətli səfərlər üçün viza rejimini ləğv edəcək.  

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?