Modern.az

“Anti-böhran” koalisiyası YAP-a, Müsavata və AXCP-yə təklif göndərdi

“Anti-böhran” koalisiyası YAP-a, Müsavata və AXCP-yə təklif göndərdi

Təhsil

16 Mart 2016, 15:28


16 mart 2016-cı il tarixdə “Anti-böhran” koalisiyası nümayəndələrinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda müzakirə olunan məsələlərə  uyğun olaraq, müvafiq qərarlar qəbul edilib.  

Yeni Azərbaycan Partiyasına, “Böhran”, Müsavat və AXCP-yə “siyasi,  müxalifətin problemləri” mövzularında debatların keçirilməsi təklifi ilə bağlı  dəvət göndərilib.

Bu təşkilatlar  debatdan imtina etsələr də, təklif edilən mövzularda dinləmələrin keçirilməsi məqsədə uyğun sayılıb.

Aprel ayının 1-ci ongünlüyündə “Böhrandan çıxış yolu: - koalisiyon hökümət problemi”  mövzusunda konfrans keçirilməsi  qərar alınıb.  

Bununla yanaşı, Ankarada baş verən terror asktı pislənilib, türk millətinə və dövlətinə baş sağlığı verilib. 

Azərbaycan mühacirlərinin siyasi və sosial  hüquqlarının bərpası ilə bağlı sənədin hazırlanması iclasın sədrinə tapşırılıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?