
Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi məlum olub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, komanda holland məşqçi Yan Olde Rikerinkə tapşırılıb.
Hollandiyalı mütəxəssis mövsümün sonuna qədər "Qalatasaray"ı çalışdıracaq. Onun ilk sınağı superliqanın 26-cı turunda "Fənərbaxça"ya qarşı olacaq.
Qeyd edək ki, Yan Olde Rikerink bunadək "Qalatasaray"ın aşağı yaş qrupları üzrə mütəxəssis kimi çalışıb.
Xatırladaq ki, Mustafa Dənizlinin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirən "Qalatasaray" komandanın əfsanəvi futbolçusu Bülənt Qorxmazla danışıqlar aparıb. Lakin Bülənt Qorxmaz təklifdən imtina edib.