Modern.az

Keçmiş baş nazir təcridxanada döyüldü

Keçmiş baş nazir təcridxanada döyüldü

Təhsil

16 Mart 2016, 17:18


Moldovanın keçmiş baş naziri Vlad Filat həbsxanada döyülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Vlad Filat 13 saylı saxlanma təcridxanasında döyülüb və həkimə müraciət etməli olub.

“Vlad Filatın sağlamlıq durumuna gəldikdə pentensiarda kiçik bir insident baş verib. Bu gün onu Milli Nevrologiya İnstitutunun həkimləri müayinə edəcək. Həkimlər bizə məlumat verdikdən sonra qərarımızı açıqlayacayıq”- deyə sabiq nazirini vəkili İqor Popa deyib.

Filat 2015-ci ilin oktyabrında həbs olunub və ölkənin milil maraqlarına zərər vurmaqda, milyardlarla dollar vəsaiti oğurlamaqda itithma olunur.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?